RU

Azərbaycan millisinin heyəti açıqlandı - I Liqadan futbolçu çağırıldı  

Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.

MilliYol.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.

Heyətdə I Liqa klubu "Qəbələ"nin oyunçusu Şahin Şahniyarov da var.

Emin Mahmudov və Abbas Hüseynov zədəli olduqları üçün yığmaya dəvət almayıblar.

Portuqaliyalı mütəxəssis martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:1. Rza Cəfərov - Neftçi2. Şahrudin Məhəmmədəliyev - Qarabağ3. Aydın Bayramov - Zirə4. Amin Seydiyev - Sabah5. Mert Çelik - Səbail6. Bəhlul Mustafazadə - Qarabağ7. Bədavi Hüseynov - Qarabağ8. Rahil Məmmədov - Radomiak Radom (Polşa)9. Zamiq Əliyev - Eqnatia (Albaniya)10. Rəhman Daşdəmirov - Sabah11. Elvin Cəfərquliyev - Qarabağ12. Aleksey İsayev - Qarabağ13. Coşqun Diniyev - Çorum (Türkiyə)14. Elvin Camalov - Neftçi15. Şahin Şahniyarov - Qəbələ16. İsmayıl İbrahimli - Zirə17. Səbuhi Abdullazadə - Sumqayıt18. Ozan Can Kökçü - HJK (Finlandiya)19. Toral Bayramov - Qarabağ20. Nəriman Axundzadə - Qarabağ21. Xəyal Əliyev - Sabah22. Renat Dadaşov - Radomiak Radom (Polşa)23. Ağadadaş Salyanski - Neftçi24. Mahir Emreli - Nürnberq (Almaniya)25. Musa Qubanlı - Qarabağ

 

Избранный
7
1
milliyol.az

8Источники