RU

"Adında "sülh" sözü olan bir qrup Ermənistanı silahlandırmaqda maraqlıdır" - ŞƏRH EDİLDİ

"Avropa İttifaqı ilə Ermənistan arasında xüsusilə son bir ildə hərbi sahədə əməkdaşlıq davam etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Avropa İttifaqının Ermənistanda yerləşdirilən missiyasının müddəti daha 2 il uzadıldı: "2027-ci ilin fevralına qədər uzadıldı. Bundan başqa keçən ilin 5 aprelində Brüsseldə keçirilən üçtərəfli görüşdə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Ermənistanı bütün yönləri ilə, o cümlədən hərbi cəhətdən dəstəkləməklə bağlı razılığa gəldilər. Biz bunun ardınca Avropa İttifaqının Ermənistana davamlı şəkildə yardımlarının şahidi olduq. Xüsusilə də, bu hərbi yardımlar Avropa İttifaqının "Sülh Fondu" adlandırılan fondu tərəfindən həyata keçirilməkdədir.

Çox maraqlıdır ki, adında "sülh" sözü olan bir qrup Ermənistanı silahlandırmaqda və bölgədə gərginliyi yüksəltməkdə maraqlıdır. Şübhəsiz ki, hal-hazırda Avropa İttifaqının özü kifayət qədər ciddi problemlər ilə üz-üzədir. Belə ki, 80 ildən bəri Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyi çətiri altında olan Avropa İttifaqının özünü müdafiə etmək üçün ciddi problemləri var. Özünün ənənəvi müttəfiqi Amerika Birləşmiş Ştatları artıq Avropanı bu cür əvəzsiz olaraq müdafiə etməsinin mümkünsüzlüyünü dilə gətirir. Bu da Avropa İttifaqının məcburən hərbi potensialını artırmaq və yenidən silahlanma kimi məcburi addımlar atmaqa sövq edir".

"Şübhəsiz ki, Avropa İttifaqı, xüsusilə də, Fransanın təsiri olan bir qurum kimi Cənubi Qafqazda sülhdə maraqlı deyil. Biz Avropa İttifaqının vaxtilə etdiyi vasitəçiliyi müsbət dəyərləndirsək də, 2023-cü ilin oktyabrından sonra artıq bu qurum özünün neytrallığını tam birtərəfli qaydada kənara qoyaraq Ermənistanın birmənalı dəstək mövqeyindən çıxış edir. Ona görə də, Azərbaycan o dövr Avropa İttifaqının vasitəçiliyi missiyasından kənarlaşdırıldı. Bundan sonra Avropa İttifaqı açıq şəkildə Ermənistana qeyd etdiyimiz hərbi dəstəkləri verməyə başlayıb. Amma bu dəstək Ermənistanı vəziyyətdən çıxaracaqmı? Əsas sual bundan ibarətdir. Ermənistan başa düşməlidir ki, hansısa Avropa İttifaqı, kənar oyunçu onu xilas etmək iqtidarında deyil. Xilasının bir yolu var. Bu da Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq və sülh müqaviləsini imzalamaqdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Избранный
5
sia.az

1Источники