RU

Azərbaycan millisinə 25 futbolçu çağırıldı

Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.

"Cebheinfo.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə 25 oyunçu dəvət edib.

Qapıçılar: Rza Cəfərov, Şahruddin Məhəmmədəliyev, Aydın Bayramov.

Müdafiəçilər: Amin Seydiyev, Mert Çelik, Bahlul Mustafazadə, Bədavi Hüseynov, Rahil Məmmədov, Zamiq Əliyev, Rəhman Daşdəmirov, Elvin Cəfərquliyev

Yarımmüdafiəçilər: Aleksey İsayev, Coşqun Diniyev, Elvin Camalov, Şahin Şahniyarov, Səbuhi Abdullazadə, İsmayıl İbrahimli, Ozan Can Kökçü, Toral Bayramov

Hücumçular: Nariman Axundzadə, Xəyal Əliyev, Renat Dadaşov, Ağadadaş Salyanski, Mahir Emreli və Musa Qurbanlı.

Qeyd edək ki, yığma martın 22-də Haiti, bundan üç gün sonra isə Belarusla üz-üzə gələcək.

"Cebheinfo.az" 

Избранный
2
1
cebheinfo.az

4Источники