Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda hökmün elan ediləcəyi gözlənilir.
Prokuror Çingiz Mehdiyevə 10 il həbs cəzası tələb etmişdi. Onun vəkili Faiq Nəcəfov son anda məhkəməyə mənimsəmə epizodu üzrə dövlətə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı ərizə təqdim edib.
Məlum olub ki, Çingiz Mehdiyev 397 892 manatlıq ziyanın qalan 297 892 manatını da son gündə ödəyib. 100 min manatın isə ibtidai istintaq vaxtı ödəməsi barədə əvvəl məlumat verilmişdi.
Müdafiə tərəfi bunu nəzərə alaraq cinayət işinə xitam verilməsini xahiş edib.
Prokuror məsləhətləşmə üçün məhkəmədən vaxt istəyib. Prosesdə birsaatlıq fasilə elan olunub.