RU

Türk xanım Trampın komandasında yüksək vəzifəyə namizəddir

Türk

ABŞ prezidenti Donald Tramp nəqliyyat nazirinin müavini vəzifəsinə məşhur ürək cərrahı Mehmet Özün bacısı Seval Özün namizədliyini irəli sürüb.

Reyting.az
xəbər verir ki, ABŞ Konqresinin saytında dərc olunan namizədlik elanına görə, ABŞ prezidenti Donald Tramp komandasına daha bir türk adını əlavə edib.

Avtonom sürücüsüz nəqliyyat vasitələri üzrə ekspert Seval Öz ABŞ Nəqliyyat Departamentində yeni yaradılmış “katib müavini” vəzifəsinə namizəd göstərilib.

Seval Özün namizədliyi Kaliforniya ştatından Senatın Ticarət, Elm və Nəqliyyat Komitəsinə göndərilib. ABŞ-dakı müxtəlif departamentlər bir çox katib müavinləri ilə işləyirlər, Ağ ev hələ Özün Nəqliyyat Departamentindəki dəqiq rolunu açıqlamayıb, lakin onun peşəkar təcrübəsinə əsasən demək olar ki, sürücüsüz nəqliyyat vasitələrinə cavabdeh olacaq.

V. QULİYEV
Избранный
8
reyting.az

1Источники