Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub, Çingiz Mehdiyev 398 min manata yaxın ziyan ödəyib. Bununla iş üzrə dəymiş ziyan tam ödənmiş hesab olunub.
Prokuror çıxış edərək Çingiz Mehdiyevin ziyanı ödəməsinin də nəzərə alınmasını və ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verilməsini təklif edib.
Proses martın 17-ə qədər təxirə salınıb.
Xatırladaq ki, ötən proses prokuror çıxış edərək Çingiz Mehdiyevin üç il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.