RU

Qırğızıstan və Tacikistan arasında müqavilə imzalanıb, sərhəd açılıb və hava hərəkəti başlayıb

Tacikistan prezidenti Emomali Rahmon və Qırğızıstan rəhbəri Sadır Japarov ölkələr arasında təxminən 23 il davam edən danışıqlardan sonra sərhəd haqqında saziş imzalayıblar.

“TASS” xəbər verir ki, sənəd Tacikistan prezidentinin Qırğızıstanın paytaxtına dövlət səfəri çərçivəsində Qırğızıstanın “Intımak Ordo” (“Birlik mərkəzi”) dövlət iqamətgahında təntənəli şəraitdə imzalanıb.

Bu sənəd dövlət sərhədinin tam demarkasiyasına yönəlib.

Həmçinin, təntənəli şəraitdə iki ölkənin prezidentləri təxminən 4 il əvvəl bağlanmış sərhədləri açdılar. Söhbət “Qayrağaç” (Leylek rayonu) və “Qızıl-Bel” (Batken rayonu) keçid məntəqələrindən gedir. Nəzarət-keçid məntəqələri çoxdan gözlənilən sazişin imzalanmasından sonra və iki prezidentin icazəsi ilə fəaliyyətə başlayıb.

Mübahisəli sərhəd bölgələrində yaşayan sakinlər arasında bir sıra ciddi münaqişələrdən sonra sərhəd 2021-ci ildə bağlanıb.

İki ölkə martın 14-dən etibarən 2021-ci ildən dayandırılan hava nəqliyyatını da bərpa edəcək.

Almaz Həsənli

Избранный
13
oxumeni.az

1Источники