Şəhid Saleh Qurbanovun arvadını qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb. Qətli törədən şəxs şəhidin qardaşı olub. Hadisənin baş verməsinə səbəb şəhidin xanımının “TikTok”dan istifadə etməsi olub.
2022-ci il sentyabrın 12-də şəhid olan, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Saleh Qurbanovun xanımı 25 yaşlı Ləman Qurbanova Xızı rayonu Giləzi qəsəbəsində qətlə yetirilib.
Qurbanovanı qətlə yetirən şəhidin qardaşı 40 yaşlı Taleh Qurbanova hökm olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqla müəyyən edilib ki, Taleh Qurbanov şəhid qardaşının xanımı ilə münasibətləri son zamanlar pzoulub. Belə ki, Ləman öz ailəsi ilə yaşamaq istəyib. Lakin Taleh buna icazə verməyərək onun istədiyi yerdə yaşayacağını deyib.
Bir neçə dəfə bu məsələyə görə tərəflər mübahisə edib. Sonuncu belə mübahisədə Taleh Ləmanı əli ilə boğaraq öldürüb.
Taleh ifadəsində iddia edib ki, Ləmanı “TikTok”dan istifadə etdiyinə görə öldürüb. Bir dəfə də Ləmanın mobil telefonunu sındırıb.
“Ləman “TikTok”da sadəcə şəhid qardaşımla bağlı paylaşımlar edirdi. Onun hər hansı bir səhv hərəkətini görməmişəm. Sadəcə, qardaşımın ili çıxmadan ata evinə getməsinə etiraz edirdim. Biz onun üçün ev tikdirmişdik. Bu, qardaşımın arzusu idi. Ləmandan uşağı ilə həmin evdə yaşamasını istəyirdim. Telefonunu sındırandan sonra küsüb atasıgilə getdi. Bir ay sonra qayıtdı. Yenə eyni məsələyə görə mübahisə edəndə dedi ki, “Cəhənnəm olsun Saleh də, tikdiyiniz ev də”. Bu sözə görə əsəbləşdim. Onu öldürmək niyyətim yox idi. əməlimdən peşmanam”- deyə Taleh ifadəsində göstərib.
Mərhumun hüquqi varisi olan valideyni qızının planlı şəkildə öldürüldüyünü deyib: “Ləmanın qayınatası gəlib onu pirə aparacaqlarını dedi. Ləman həmin vaxt müalicə alırdı. Ləman gedəndə onu öldürdülər. Qızımı Salehin şəhid olduğu gün öldürdülər. Bu, əvvəldən planlanmışdı”.
Müəyyən edilib ki, Taleh Ləmanı qətlə yetirən zaman anası da evdə olub. Anasının dediyinə görə Taleh Ləmanla təklikdə danışan zaman çay dəmləmək üçün mətbəxə gedib və balkona çıxıb. 10 dəqiqə sonra Taleh mətbəxə gələrək anasına “əlimdən xata çıxdı, Ləmanı öldürdüm” deyib.
Məhkəmədə dindirilən digər şahidlərin ifadələrindən də aydın olub ki, mərhumla şəhidin ailə üzvləri arasında münasibətlər yaxşı olmayıb. Saleh şəhid olandan sonra ailədə münaqişələr, narazılıqlar yaranıb. Ləman öz ailəsi ilə yaşamaq istəsə də şəhidin ailəsi bunu istəməyib.
Taleh Qurbanov Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il azadlıqdan məhrum edilib.//Musavat.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта