RU

Bərpaolunan enerjiyə çəkilən xərclər 80 %-ə çatdırılmasa, iqlim böhranı davam edəcək – Kosta-Rikanın sabiq ikinci vitse-prezidenti

Bakı. Trend:

Bərpaolunan enerjiyə çəkilən xərclər 80 %-ə çatdırılmasa, iqlimböhranı davam edəcək.

Trend xəbərverir ki, bunu Kosta-Rikanın sabiq İkinci vitse-prezidenti RebekaQrinspan XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

"Nəqliyyatda sürətli dəyişikliklərin şahidi oluruq. İnformasiyatexnologiyalarının sürətli inkişafı inanılmaz həddədir. Süni zəka,bərpaolunan enerji, innovasiyalar gündəlik əsaslarla inkişaf edir.Biz bu dəyişikliklərlə, sürətli dünya ilə ayaqlaşmalıyıq. Belə olanhalda, geniş şəkildə, həm ölkələr daxilində, həm də ölkəhüdudlarından kənarda inkişafı təmin edə bilərik", - obildirib.

Onun sözlərinə görə, bu gün alış qabiliyyətinin paritetində 55trilyon dollar çatışmır.

"Növbəti 5 il ərzində həmin boşluq doldurulmalıdır. Onun 40trilyonu, yəni 70 faizi Cənubdan gəlir. Çoxqütblülük seçim deyil,faktdır. Dünyanın digər hissələrində də çoxqütblülük təminolunmalıdır. Geosiyasət və milli təhlükəsizlik bir çox ölkələrdəbir-birini tamamlayır, digər ölkələrlə ticarəti şərtləndirir, onunməqsədini müəyən edir. Bərpaolunan enerjiyə çəkilən xərclər azı 80% dərəcəyə çatdırılmasa, iqlim böhranından çıxmaq mümkün olmayacaq,problemlər qalacaq", - o bildirib.

Избранный
6
1
az.trend.az

2Источники