Sabirabad rayonunda yeniyetmə yanıq xəsarətləri alıb.
Bolgə.TV xəbər verir ki, martın 11-i saat 23 radələrində 2012-ci il təvəllüdlü Ayaz Taryel oğlu Rzazadə yaşadığı Bulduq kəndindəki evin həyətində çərşənbə axşamı ilə əlaqədar yandırılmış tonqala düşüb. O, yanıq xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibbi yardım göstərilən yeniyetmə daha sonra Bakıda yerləşən ixtisaslaşmış xəstəxanaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.