RU

Siyəzən polisindən növbəti əməliyyat: Külli miqdarda narkotik vasitə aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu tədbir zamanı iki kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, külli miqdarda psixotrop maddə olan metamfetamin və metadon həblər dövriyyədən çıxarılıb.
Oxu.Az xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 30 yaşlı Toğrul Umayev saxlanılıb.
O, ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Siyəzən rayonu ərazisindəki gizli yerdən götürdüyünü və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub.
Избранный
47
1
oxu.az

10Источники