RU

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, toplantıda Premyer Liqanın 26-cı turunda keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” oyununda yaşanmış qalmaqala hüquqi qiymət verilib.

Matçın 83-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santos 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb, klub 3000 manat cərimələnib.

“Qarabağ”dan isə millimizin iki üzvü sanksiya ilə üzləşib. Müdafiəçi Elvin Cəfərquliyev və hücumçu Musa Qurbanlı həmin dəqiqədə təcavüzkar davranışa cəhd etdiyinə görə 1-i şərti olmaqla 2 matçlıq cəza alıb. “Qarabağ” buna görə 4000 cərimə olunub.

Hər üç futbolçuya 3 aylıq sınaq müddəti təyin edilib.

Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması “Araz-Naxçıvan”ı daha  800 manat ziyana salıb.

Избранный
1
msport.az

1Источники