RU

Süpürgəçi olan anasını 57 bıçaq zərbəsi ilə öldürən gənc bu CƏZA VERİLDİ

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəşad Çıraqovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Redaktor.az pravda.az-a istinadən xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 16 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024-cü il avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.

İttihama görə, Rəşad Çıraqov anasının "WhatsApp" vasitəsilə "Nunu" adı ilə qeydiyyata alınmış istintaq materialları ilə soyadı, adı və atasının adının olduğu müəyyən edilmiş şəxslə sevgi məzmunlu SMS-lər yazdığını aşkarlayıb. Sonra o, anasının onun namusuna xələl gətirən hərəkətlər etdiyini düşünərək qadını gecə ümumilikdə 57 bıçaq vuraraq qətlə yetirib.

Избранный
24
16
redaktor.az

10Источники