RU

ABŞ-də 450 min bayquşun öldürülməsi planına ETİRAZ

ABŞ-də 19 Konqres üzvü Prezident Donald Tramp administrasiyasından zolaqlı bayquşların öldürülməsini nəzərdə tutan planın ləğvini tələb edib.
 
Moderator.az TRT haber-ə istinadən xəbər verir ki, Respublikaçı Troy Nehls və Demokrat Sidney Kamlager-Dove başda olmaqla 19 siyasətçi bu məsələ ilə bağlı Daxili İşlər Naziri Daq Burquma məktub göndərib.
 
Siyasətçilər bildiriblər ki, Sakit Okeanın şimal-qərb meşələrində nəsli kəsilməkdə olan xallı bayquşları qorumaq üçün 450 mindən çox zolaqlı bayquşun öldürülməsi planına etiraz edirlər.
 
Konqres üzvlərinin fikrincə, bu plan çox bahalıdır. Onların hesablamalarına görə, hər bir bayquşun öldürülməsi 3 min dollara başa gələcək. Bu isə ümumilikdə 1,35 milyard dollar xərclənməsi deməkdir.
 
Siyasətçilər bu qədər genişmiqyaslı planın necə həyata keçiriləcəyi ilə bağlı detallı məlumatın olmadığını bildiriblər. Onlar Daxili İşlər Nazirliyindən bu prosesin dayandırılmasını istəyirlər.
 
2024-cü ildə təsdiqlənən plana əsasən, Kaliforniya, Oreqon və Vaşinqtonda xüsusi təlim keçmiş şəxslərə bayquşları öldürmək icazəsi veriləcək.
 
Bu addım daha aqressiv olan zolaqlı bayquşların xallı bayquşların yaşadığı əraziləri işğal etməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Lakin 30 illik planın maliyyə detallarına dair açıqlama verilməyib.
Избранный
2
2
moderator.az

3Источники