Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarından sonra Rusiyaya heç bir rəsmi müraciət daxil olmayıb.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Hazırda bu məsələ ilə bağlı bizə heç bir rəsmi müraciət daxil olmayıb", - Zaxarova bildirib.
Zaxarova bildirib ki, Rusiya nümayəndələrinin ABŞ danışıqlarçısı ilə görüşü martın 13-də baş tutacaq
O, həmçinin qeyd edib ki, Rusiya Amerika tərəfi ilə Ciddədə ABŞ-Ukrayna danışıqlarının nəticələrini müzakirə etməyə hazırdır.