RU

Bayramda tətil planlayanlara MÜHÜM XƏBƏR: Bu ərazilərdə daha ucuz istirahət edə bilərsiniz

Bayram günlərini bölgələrdə keçirmək ənənəsi artıq formalaşıb. Bayramla əlaqədar istirahət günlərinin sayının çox olması buna əsl şərait yaradır. Bəs insanlar istirahətini necə planlamalıdır? Harda istirahət daha münasib ola bilər?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi KONKRET.az-a açıqlamasında bildirib ki, ənənəvi uzun sürən istirahət günlərində insanlar, xüsusən şəhər sakinləri əyalətə, təbiət guşələrinə üz tutaraq öz istirahətlərini planlayırlar. Hazırda regional 5* hotellərin bəziləri istirahət günlərinə artıq satışlarını saxlayıblar.

Otellər

“Bu, o deməkdir ki, belə xidmətlərə tələbat təklifləri üstəliyib. Digər yerləşdirmə vasitələrində kiçik kateqoriyalı hotellər, kotteclər, istirahət mərkəzləri, A-frame evlər və sair təkliflərdə müxtəlif təlabatı müşahidə edirik. Onlar da müxtəlif qiymət təklifi irəli sürürlər. Bəzi regionlar magistral yolun çəkilməsilə əlaqədar olaraq geridə qalırlar, yəni həmin rayonlara tələbat aşağı düşüb. Cənub regionuna isə tələbat artıb. Bəzi istiqamətlərə sürət qatarları da fəaliyyət göstərir. Beş ulduzlu hotellərin qiymət təklifləri 2 nəfərlik otaq üçün 275-450 manat arasında dəyişir.”

Ekspertin sözlərinə görə, qiymətlər demək olar ki, keçən illə oxşardır. Artım müşahidə edilmir. Kiçik otellərdə müxtəlif qiymətlər mövcuddur. Gecəsi 15 manatdan başlayır, kotteclər isə ailə qəbul etdiyinə görə biraz daha bahalıdır. Turizm fəaliyyətlərinə qatılmaq arzusunda olan əhaliyə öncədən səfərlərini planlamaqlarını tövsiyyə edərdim. Bu halda həm daha geniş çeşidli təkliflər, həm də müxtəlif qiymətlər seçimi olur”.

Turizm üzrə ekspert Əziz Şiriyev isə bildirir ki, hal-hazırda Novruz bayramı turları aktivdir. Ramazan ayının olması turlara müəyyən qədər təsir göstərir. Oruc tutan insanlar səfərə çıxmaq istəmirlər. 1, 2, 3 gün olan turlara yazılanlar var. Demək olar ki, otellərdə yerlər məhdud saydadır.

“Bir günlük turlar ekonom 25 manat, standart 29 manat təşkil edir. 2 günlük turlar 85 manatdan başlayır , 5* otellərdə qiymət 109-119 manat, 3 günlük turlar isə 159-179 manatdır. Qiymətlər otellərə görə dəyişir. Kifayət qədər Qəbələ, Şəki, Qax, Zaqatala istiqamətinə, həm Quba, həm də cənub istiqamətinə maraq var.“

Turizm üzrə ekspert Ceyhun Aşurov isə vurğulayır ki, qarşıdan 10 günlük tətil başlayır. Bu tətildə ölkə vətəndaşlarımız öz istirahətlərini artıq planlayıblar.

“Rezervlər artıq olunub. Ölkə daxilində istirahət etmək xaricə getməkdən daha məqsədə uyğundur. Ölkə daxilinə tələbat daha yüksək olur. Otellərin qiymətləri regionlarda Şəki, Zaqatala, Balakən zonasında 80-300 manat arası dəyişir. Lənkəran zonası haqqında da bunu demək olar. Gəncədə isə 60-150 manat aralığında istirahət etmək mümkündür. Ölkə xaricinə də müxtəlif turlar var. məsələn Gürcüstan, Türkiyə, Dubay və sair turlar fəaliyyət göstərir. Bu turlar təyyarə bileti daxil olmaqla adam başına 400-500 dollar ətrafındadır. Misir turları isə təxminən 300-1000 dollar arasında dəyişir. Otelin kateqoriyasına, yerləşmə yerinə görə dəyişir. Nisbətən daha uzaq Maldivlərə isə 1000 manatdan yuxarı olan təklifləri görə bilirik.“

Aynurə İsmayıl

KONKRET.az

Избранный
9
konkret.az

1Источники