RU

Trampdan şok addım: Seval Öz nazir müavini gətirilir

Donald Tramp ABŞ-nin Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsinə Mehmet Özün bacısı Seval Özün namizədliyini irəli sürüb.

“Cebheinfo.az” xəbər verir ki, Mehmet və Seval Özün atası Dr. Mustafa Öz Konyanın Bozkır rayonundandır.Seval Öz avtonom sürücüsüz nəqliyyat vasitələri sahəsində mütəxəssisdir. Onun namizədliyi Kaliforniya ştatından Senatın Ticarət, Elm və Nəqliyyat Komitəsinə təqdim edilib. ABŞ-dəki bəzi nazirliklər bir neçə nazir müavini ilə fəaliyyət göstərdiyi üçün onun dəqiq rolu hələ açıqlanmayıb. Lakin onun peşəkar keçmişi, nazirlikdə sürücüsüz nəqliyyat vasitələri siyasətinə nəzarət edə biləcəyini göstərir.Öz ailəsi Türkiyənin Konya vilayətinin Bozkır rayonundandır. 

Mehmet Öz və Seval Özün atası Mustafa Öz, 3 oktyabr 1925-ci ildə Bozkırda doğulub. O, dövlət hesabına internat məktəblərində oxuyaraq 1950-ci ildə İstanbul Universiteti Tibb Fakültəsini bitirib və daha sonra ABŞ-yə gedib. 

1959-cu ildə ümumi cərrah ixtisasını alan Mustafa Öz Amerikada 54 il yaşadıqdan sonra Türkiyəyə qayıdıb.Qeyd edək ki, Özün Senatın Maliyyə Komitəsində təsdiq dinləməsinin martın 14-ü cümə günü keçirilməsi gözlənilir. Bu sessiya ilə tarixdə ilk dəfə həm Türkiyə, həm də Amerika vətəndaşı olan bir şəxs ABŞ Senatında təsdiq prosesindən keçəcək.

Избранный
3
cebheinfo.az

1Источники