RU

Rheinmetall Ukraynadakı sülhməramlıları silahlandıracaq

Almaniyanın Rheinmetall müdafiə şirkəti Ukraynada mümkün beynəlxalq sülhməramlı missiyaya dəstək vəd edib. Şirkətin baş direktoru Armin Papperger bildirib ki, Rheinmetall öz məhsullarını sülhməramlıları silahlandırmaq üçün təklif etməyə hazırdır.

Herbiand.az bildirir ki, bu barədə DW yazıb.

Onun sözlərinə görə, hələlik söhbət nəzəri imkanlardan gedir konkret müzakirələr aparılmır: “Rheinmetall 2000-dən çox məhsul təklif edə bilər, lakin mümkün tədarüklər üçün konkret rəqəmlər göstərilmir”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
11
herbiand.az

1Источники