1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Kürdəmirdə sürət qatarının vuraraq öldürdüyü şəxsin intihar etdiyi məlum olub.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qarabucaq dəmiryol stansiyasının ərazisində baş verib.
Kürdəmir rayon sakini, 45 yaşlı Famil Zeynal oğlu Bağırov özünü surət qatarının altına atıb.
Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.