RU

Vu Honqbo: Qlobal səviyyədə idarəçilik dəyişməlidir

Bakı, 13 mart, AZƏRTAC

“Biz hazırda çoxqütblü dünya haqqında danışırıq. Hazırda çoxqütblülər arasında çaşqınlıq və yaxud xaosla üzləşmişik. Bu yaxınlarda BMT 80 illik yubileyini qeyd edəcək. Hamı gələcəyi necə qurmaqla bağlı tarixə baxmalıdır. BMT fəaliyyətini davam etdirməli, yoxsa dayandırmalıdır? Biz çarxı yenidən icad etməməliyik. Hesab edirəm ki, BMT-nin effektivliyini təmin etməklə onu saxlamalıyıq”.

AZƏRTAC xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasda Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo deyib.

O bildirib ki, qlobal səviyyədə idarəçilik dəyişməlidir: "Çoxqütblü dünya kiminsə ideyası, xülyası deyil. Çin inanır ki, ABŞ-la həm dost, həm də tərəfdaş ola bilər. Sadəcə, böyük güclər özlərini böyük kimi aparmalıdır”.

“Biz tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə qarşı", - deyə xüsusi nümayəndə qeyd edib.

Избранный
7
3
azertag.az

5Источники