RU

Monika Belluççinin qızı sevgilisi ilə tətildə

İtalyan kinematoqrafiyasının məşhur aktyorları Monika Belluççi və Vensant Kasselin qızı Deva Kassel sevgilisi, 26 yaşlı italyan aktyoru Saul Nanni ilə tətilə yollanıb.

OLAY yazır ki, cütlük dəniz kənarında istirahət zamanı çəkdirdikləri fotoları instaqram səhifələrində yayımlayıb.

Fotolarda 20 yaşlı model çimərlik geyimində kokos ilə pozalar verir, sevgilisini öpür, kürəyini kameraya çəkərək bədən quruluşunu nümayiş etdirdiyi əks olunub.

Deva, həmin şəkillərə “Kokos suyu və duzlu saçlar” şərhini yazıb.

Xatırladaq ki, Deva və Saul 2023-cü ildə baş rolları oynadıqları “Leopard” serialının çəkiliş meydançasında tanış olublar. Bir müddət sonra onlar görüşməyə başlayıblar və ilk dəfə keçən ilin yanvarında “Dior” şousu zamanı ictimaiyyət qarşısına çıxıblar. O vaxtdan bəri cütlük mütəmadi olaraq sosial tədbirlərdə iştirak edir və birgə fotolar paylaşır.

Qeyd edək ki, Deva Monika Belluççi və Vinsent Kasselin böyük qızıdır. Keçmiş həyat yoldaşlarının 14 yaşlı Leoni adlı bir qızı da var. Onlar 14 illik evlilikdən sonra 2013-cü ildə boşanıblar. 58 yaşlı Kasselin daha iki övladı var: Tina Kunakey ilə beş yaşlı qızı Amazoni və model Nara Baptistanın 2025-ci ilin yanvarında anadan olan oğlu Kaetano.

Избранный
3
olay.az

1Источники