Ermənistan xarici işlər naziri A. Mirzoyan Azərbaycanla danışıqlarda beynəlxalq təşkilatlarda və məhkəmələrdə qarşılıqlı iddialar qaldırmamaq və sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi barədə danışıqlar aparıldığını vurğulayıb. Sülh müqaviləsinin iki bəndi üzrə razılaşma əldə edilərsə, digər əlavə şərtləri Ermənistan reallaşdırmalıdır.
Azərbaycan sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsinin qəti əleyhinədir. Ermənistan tərəfinin müəyyən qədər silahlanması bu ölkədə yeni eyforiyaya səbəb olub.
Bu gün prezident İlham Əliyev 12-ci Bakı Qlobal forumunda Avropa İttifaqının yarım hərbi mülki missiyasını kəşfiyyatçı missiya olduğunu deməklə, bunların fəaliyyətini kəskin tənqid etdi. Həmçinin prezident Ermənistana ölümcül silahların verilməsini tənqid etdi. Prezident bu silahları lazım olan yerlərə deyil, Azərbaycana qarşı verildiyini xüsusi vurğuladı.
Bu gün Avropanın təhlükəsizliyi Rusiyanın Ukraynada həyata keçirdiyi işğal nəticəsində pozulub. Bu silahlar Ukraynaya verilməlidir. Avropa ittifaqının təhlükəsizliyini təhdid Ermənistanın silahlanmasi və revanşist qruplardı. Avropa İttifaqınin liderləri Rusiya təhlükəsisini görmədiyi kimi Ermənistanda revanşistlərin region üçün təhlükəsini görmür.
Göründüyü kimi, Fransa və digər ölkələr Cənubi Qafqazda sülhü pozmaqla bir növ Rusiyanın siyasətinə dəstək verir.
Ermənistan Minsk qrupundan imtina etməyib. Rusiya ABŞ yaxınlaşması fonunda Minsk qrupunun fəaliyyəti mümkün olmayacaq.
Hazırda Türkiyə də Ermənistanla danışıqlar aparır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması bu il gözlənilmir. Ermənistana sərhəddə təxribatlara gedərsə, Azərbaycan Zəngəzurda "demilitarizasiya zonası" yaratmalıdır.
Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
visiontv.az