“Sabah” klubu yeni sponsorluq müqaviləsi imzalayıb.
Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Edu Max Academy” şirkəti ilə əməkdaşlığa başlanılıb.
Müqaviləyə əsasən, şirkət “Sabah” FK-nın U-11, U-12 və U-13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil edəcək. Əməkdaşlıq müqaviləsinin əsas məqsədi futbol akademiyamızın azyaşlı üzvlərinin xarici dil biliklərinin təkmilləşdirilməsi və bununla da onların gələcəkdə beynəlxalq futbola adaptasiyalarını mümkün qədər asanlaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, “Edu Max” şirkətinin əsas fəaliyyət istiqamətləri xaricdə təhsil, beynəlxalq imtahanlara hazırlıq və yay məktəbləri təşkilini həyata keçirməkdir.