İsrailin son 24 saat ərzində atəşkəsə baxmayaraq Qəzza zolağına hücumu nəticəsində 2 nəfər həyatını itirib. Manset.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 2 nəfərin həyatını itirdiyi, 14 nəfərin isə yaralandığı bildirilib. Əvvəlki hücumlarda dağıdılan binaların dağıntıları altından 7 mülki şəxsin meyitinin çıxarıldığı bildirilib. Ümumi can itkisinin 48 min 524-ə, yaralı sayının isə 111 min 955-ə yüksəldiyi qeyd edilib.