RU

Aİ nə sülh, nə də müharibə şəraitindədir - Kallas

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib ki, Aİ hazırda nə müharibə, nə də sülh şəraitindədir.

"Biz hamımız narahatıq, çünki müharibə vəziyyətində deyilik, amma sülh şəraitində də deyilik", - TASS onun sözlərindən sitat gətirir.

Kallasın sözlərinə görə, Avropa hakimiyyəti müdafiə xərclərini artırmaq üçün qərarlar qəbul etməlidir.

O qeyd edib ki, Rusiya, İran, Şimali Koreya və Çin “birgə işləyir” və bu baxımdan Aİ ABŞ və digər tərəfdaşlarla münasibətləri gücləndirməlidir.

Избранный
5
ikisahil.az

1Источники