RU

Finlandiya və Ukrayna hərbi əməkdaşlıq haqqında memorandum imzalayıb

Finlandiya və Ukrayna arasında hərbi əməkdaşlıq daha da inkişaf etdiriləcək. Hərbi əməkdaşlıq sahələrinə iki ölkədə müdafiə materialları, məlumat mübadiləsi, tədqiqat və innovasiyalar, döyüş sursatlarının istehsalı, eləcə də müdafiə layihələri daxildir.

Finlandiya və Ukraynanın müdafiə nazirləri Antti Hakkinen və Rustem Umerov ölkələr arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair memorandum imzalayıblar. Bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yayımlanan bəyanatda qeyd edildiyi kimi, ikitərəfli sazişin məqsədi “müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi” olacaq. "Daha sıx əməkdaşlıq sahələrinə müdafiə materialları, məlumat mübadiləsi, tədqiqat və innovasiya fəaliyyəti, Finlandiya və Ukraynada sursat istehsalı və müdafiə layihələri daxildir", - Finlandiya Müdafiə Nazirliyi bəyan edib.

Əziz Mustafa, Oxuməni.az

Избранный
27
oxumeni.az

1Источники