Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 4-nə təyin edilmiş iclasında baxılacaq.