"Real"ın yarımmüdafiəçisi Luka Modriç komandasının sıx oyun qrafikindən danışıb.
Yenisabah.az xəbər verir ki, 39 yaşlı futbolçu funksional baxımdan özünü yaxşı hiss etdiyini və heç bir problem yaşamadığını qeyd edib:
“3 gündən bir oynaya biləcəyimə əminəm. Amma qərar verən baş məşqçimiz Karlo Ançelotti olacaq. Bununla belə, özümü həqiqətən əla hiss edirəm. Ona görə də ardıcıl olaraq 1, 2, 3 və hətta daha çox oyun keçirməklə bağlı problemim yoxdur. Həmişə komandaya kömək etməyə hazıram".
Telegram kanalımız