RU

Suriyada hökumət sistemi belə olacaq: İdarəetmə səlahiyyətləri...

Suriyada keçid dövrü 3 ildən 5 ilə qədər davam edə bilər. İdarəetmə səlahiyyətlərinin böyük hissəsi prezidentə məxsus olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” ölkənin konstitusiya bəyannaməsi layihəsində yer alan müddəalara istinadən məlumat yayıb.

Bildirilir ki, Suriya həmin sənədə görə prezident respublikası olacaq. Qanunvericilik İslam hüququna əsaslanacaq. Milli ordunun əsas vəzifəsi ölkəni və Suriya vətəndaşlarını qorumaq, ölkədə vətəndaş sülhünü təmin etmək olacaq. Silah gəzdirmək hüququ yalnız dövlət qurumları üçün qorunacaq. Hazırkı sənəd Konstitusiyanın əvvəlki versiyalarına əsaslanır və sonuncunun müəllifləri 1950-ci il Konstitusiyasını əsas tuturlar.

Qeyd edək ki, sənədin hazırlanmasını ötən gün Suriyanın indiki keçid hökumətinin tərkibində yaradılmış konstitusiya komitəsi başa çatdırıb. O, hökumətə və prezident əl-Şaraya təqdim edilib.

Избранный
4
1
publika.az

2Источники