RU

Keçmiş diplomat ÖLDÜRÜLDÜ

Suriyanın keçmiş diplomatı Nurəddin İbrahim əl-Lebad ölkənin cənubundakı Dəra əyalətinin Sanamayn rayonunda naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüb.

News24.az xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, devrilmiş Baas rejimini tərk edərək 2013-cü ildə müxalifətə keçən Lebad məmləkəti Sanamaynda sui-qəsd nəticəsində öldürülüb.

Baas rejimi dövründə Xarici İşlər Nazirliyində “Danışıqlar Naziri” olan Lebad Suriyanın Səna, Bağdad, Ankara, Paris və Tripolidəki səfirliyində və Benqazidəki konsulluqda çalışıb.

Aqil

Избранный
9
1
news24.az

2Источники