RU

İnflyasiya ilə mübarizənin əsas yolları: Professor Elşad Məmmədovun şərhi

İnflyasiya əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərən əsas amillərdən biridir.

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov inflyasiya ilə mübarizə yolları barədə QHT.az-a açıqlamasında bildirib ki, inflyasiyanın idarə olunması üçün kompleks tədbirlər həyata keçirilməlidir.

"İnflyasiyanın müvafiq hədəflərə uyğun olmasına nail olmaq lazımdır. İnflyasiya ilə mübarizə çərçivəsində istehsalı stimullaşdırmaq, yerli istehsalın həcmini artırmaq üçün investisiyaları ilk növbədə yüksəltmək və eyni zamanda milli valyutanın sabitliyini qorumaq vacibdir. Bununla yanaşı, düşünürəm ki, inflyasiya ilə effektiv mübarizə çərçivəsində biz həm də təbii inhisar subyektlərinin tariflərini maksimum dərəcədə sabit saxlamağa nail olmalıyıq. Çünki bu da inflyasiya göstəricilərinə təsir edən əsas amillərdən biridir."

Ekspertin sözlərinə görə, inflyasiyanın qarşısını almaq üçün yerli istehsalın inkişafı və investisiyaların artırılması vacibdir. Bununla yanaşı, təbii inhisar subyektlərinin tarif siyasətinin sabit saxlanması inflyasiya göstəricilərinə birbaşa təsir edir və iqtisadi sabitliyə müsbət təsir göstərə bilər.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
14
qht.az

1Источники