RU

“Bunu hamımız bilirik, sadəcə qeyrətimiz yoxdur ki, açıb deyək”

Xalq artisti Afaq Bəşirqızı “Qapqara” layihəsinin qonağı olub.

Musavat.com xəbər verir ki, o, Azərbaycan teatrının problemlərindən bəhs edib:

“Azərbaycan teatrının problemləri sayılmazdır. Çünki teatrın yaşaması üçün yaradılan bütün təşkilatlar müflis oldu, yoxdur. Hanı Teatrlar İttifaqı? Onların dövründən qalan mal-dövlət, dəyirman, fabrik, sex, evlər? Hanı onlar? Bu, dövlət malıdır. Bu 1, 10, 1000, 1 milyon manat deyil ki, gizlədə biləsən. Bu, milyarddır. Vəzifəyə əmi, dayı, cibindəki pul kriteriyası ilə gəlirlər. Bunu hamımız bilirik, sadəcə qeyrətimiz yoxdur ki, açıb deyək. Korrupsiyanın qarşısını almaq qeyri-mümkündür”.

Избранный
3
3
millitv.net

4Источники