RU

Ruslar Kiyevə nə vaxt çata biləcəklər?.. - Hərbçi cavablandırdı

Yazını böyüt
Yazını kiçilt

"Raroq" pilotsuz uçuş aparatları alayının yaradıcısı və komandiri, "Xasan" ləqəbli mayor Oleq Quyt Ukrayna ərazilərinin itki dinamikasının eyni qalacağı təqdirdə Rusiya ordusunun Kiyevə nə vaxt çata biləcəyinə cavab verib.

Hafta.az xəbər verir ki, "TSN" kanalının hərbi müxbiri Yuliya Kiriyenko ilə eksklüziv müsahibəsində o, nümunə kimi Çasov Yar uğrunda döyüşləri göstərib.

“Gəlin gerçəyin gözünə düz baxaq. Çasov Yar uğrunda Xromovoyedən Çasov Yara qədər  döyüş nə qədərdir davam edir? Bir il, hətta bir az daha çox. Yəni, məsafə uzaqbaşı yeddi kilometrdir və bu, on minlərlə şəxsi heyət itkisinə bərabərdir. Düşünürəm ki,  bu gedişlə Kiyevə qədər olan məsafəni qət etmələri üçün nə qədər itki verəcəklərin və cəmi nə qədər olduqlarını hesablamaq mümkünüdür. O hesabla bu, azı, 16 ilə  mümkün olacaq. Mən bunun baş tutacağını düşünmürəm",  deyə hərbçi vurğulayıb.

Избранный
10
hafta.az

1Источники