RU

Polis Cəbrayılda şagirdlərlə maarifləndirmə tədbiri keçirib - FOTO

Cəbrayıl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudov narkotik vasitələrin insan həyatına, düşüncə qabiliyyətinə göstərdiyi mənfi təsirlərdən danışıb. O, narkomaniyaya aludə olan şəxslərin ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından, sağlamlığın bərpası prosesinin çətin olduğundan söhbət açıb. Gənclərə pis vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi keçirmələri, dərslərini yüksək qiymətlərlə oxumaları tövsiyə edilib.

Daha sonra çıxış edənlər də narkotik asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar. Sonda maraq doğuran suallar cavablandırılıb.

Избранный
3
2
avtosfer.az

3Источники