RU

Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın zamanda Azərbaycanla sülhün qeyri-mümkünlüyü iddiası ilə razı olmadığını açıqlayıb...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, türkiyəli jurnalistlərə müsahibəsində bildirib.

Paşinyan, sülhü görünməz etmək üçün davamlı olaraq süni pərdə yaratmaq cəhdi olduğunu qeyd edib: “Lakin reallıqda Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub. ErmənistanAzərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa mahiyyətcə razılaşıblar. Bu, üfüqdə görünməli olan reallıqdır. Üstəlik, bu fakt sülh sazişi layihəsinin razılaşdırılmış maddələrində bir daha təsdiqlənib. Bu yazılarda hər iki tərəfin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə tələblər irəli sürməmək üçün qarşılıqlı öhdəlik götürdükləri açıq şəkildə ifadə edilir”.

O qeyd edib ki, Ermənistan sülh sazişinə daim diqqət yetirməklə bu qazancları qorumağa çalışır: “Sülh prosesi ilə bağlı danışıqlar aparırıq və bu prosesdə konkret nəticələr əldə etmişik. Təbii ki, sülh sazişi çox mühüm təməl daşıdır. Lakin ErmənistanAzərbaycanın beynəlxalq sənəd imzalaması və onu hər iki ölkədə ratifikasiya etməsi reallıqığı artıq ortadadır. Üstəlik, sərhədin bəzi hissələrinin müəyyənləşdirilməsi prosesi başa çatıb. Sülh layihəsi masadadır, önəmli olan bu layihədən vaz keçməməkdir. Əslində, bu mərhələdə yeni bir şey qurmağa ehtiyacımız yoxdur. Ediləcək tək şey, artıq qeydə alınmışları dağıtmamaqdır. Demək istədiyim də məhz budur”.

Poliqon.info

Избранный
8
7
poliqon.info

10Источники