Demokrat.az xəbər verir ki, bu barədə İnterfaks məlumat verir.
Sanksiyalar Çin, BƏƏ, Sinqapur, İndoneziya, Liberiya, Seyşel adaları, Banqladeş və Marşal adalarında qeydiyyatdan keçmiş 17 şirkətə təsir edib. Bundan əlavə, bir İran vətəndaşına məhdudiyyət qoyulub.
Bundan başqa İran, Panama, Kamerun, İndoneziya, Palau, Barbados, San Marino və Honq Konq bayraqları altında üzən 13 gəmi də sanksiya siyahısına əlavə edilib.
Fevralın 21-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bəyan edib ki, Vaşinqton İran hakimiyyətinə nüvə silahı yaratmağa icazə verməyəcək. O xatırladıb ki, Ağ Ev rəhbəri bu yaxınlarda İrana maksimum təzyiq haqqında fərman imzalayıb.
Əfsanə Kamal
Demokrat.az