"Liverpul"un ulduz futbolçusu "Əl-Hilal"ın "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Vircil Van Daykı transfer etmək istəyir. Bu barədə "L'EQUİPE" nəşri məlumat yayıb.

Ərəblər təcrübəli müdafiəçiyə illik 20 milyon avro maaş təklif edir.

Qeyd edək ki, niderlandlı oyunçu 2024/25 mövsümündə "qırmızılar"ın forması ilə 40 oyuna çıxıb və 3 qola, 1 məhsuldar ötürməyə imza atıb.