RU

UEFA penalti zərbələri ilə bağlı IFAB-a müraciət edəcək

UEFA İspaniyanın "Atletiko" və "Real" klubları arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra penalti zərbələrinin yerinə yetirilməsi qaydasına yenidən baxılması üçün Beynəlxalq Futbol Federasiyasına (FIFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət edəcək.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Belə ki, ötən gün "Kral klubu" penaltilər seriyasında rəqibini 4:2 hesabı ilə məğlub edib. "Atletiko"nun futbolçusu Julian Alvarezin penaltidən vurduğu qol isə topa iki dəfə toxunması səbəbindən qeydə alınmayıb. Komanda rəhbərliyi məsələ ilə bağlı UEFA-ya müraciət edib.

Videotəkrarda 25 yaşlı hücumçunun zərbə zamanı azacıq da olsa topa iki dəfə toxunduğu əks olunub.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında "Real" İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq.
Избранный
5
3
sherg.az

4Источники