Bakı. Trend:
Azərbaycan öz resursları və dayanıqlı inkişaf strategiyaları iləAvropanın enerji təhlükəsizliyində həlledici rol oynayır.
Bunu Trend-əmüsahibəsində “ExxonMobil”in keçmiş vitse-prezidenti və İnsanalverinə qarşı Qlobal kampaniyanın rəhbəri Cin Baderşnayderbildirib.
“Azərbaycan böyük neft və qaz ehtiyatlarına malikdir.Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra AzərbaycanAvropanın köməyinə gələrək, onun qaza olan tələbatının hardasa 4faizini təmin edib. Belə kiçik ölkə üçün bu əhəmiyyətli rəqəmdir”,- o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın bərpaolunan enerji, ələlxüsusda külək enerjisi sektorunda da əhəmiyyətli potensialı var.
“Bu cür texnologiyaların dəyərinin düşməsi şəraitində bərpaolunabilən enerji mərkəzinin yaradılması mühüm rol oynaya bilər. İqlimdəyişiklikləri bizi yanaşmaları yenidən nəzərdən keçirməyə məcburedir, amma onu da qeyd etmək vacibdir ki, “yaşıl” enerjiyə keçidgetdikcə neft-qaz sektoru ilə müqayisədə iqtisadi baxımdan dahasərfəli olur”, - deyə Cin Baderşnayder bildirib.
Qlobal çağırışlardan söz açarkən o, qlobal siyasi sisteminqeyri-sabitliyini vurğulayıb.
“Bakı Qlobal Forumunda bir çox vacib suallar müzakirə olunur.Yeni ittifaqlara və əməkdaşlıqlara ehtiyac olduğunu dünyaictimaiyyəti anlamlıdır, belə ki, çoxtərəfli yanaşma hazırda böhrandövrünü yaşayır. Ümidvaram ki, Avropa ölkələri və digər ölkələr buprosesdə öz rollarını anlayacaqlar. Biz ittifaqlar, əməkdaşlıqlarvə çoxtərəflilik barədə düşünməliyik, çünki indi çoxtərəfli dünyadüzən olduqca səbatsız vəziyyətdədir”, - deyə o bildirib.
Cin Baderşnayder, həmçinin, iqlim gündəminin əhəmiyyətindən sözaçıb.
“Biz COP29-u və qəbul edilmiş cəsarətli öhdəlikləridəstəkləməliyik. Lakin COP30-un mənzərəsi olduqca qaranlıq görünür:ABŞ prosesdən çıxıb, cəmi 5 faiz ölkə milli səviyyədə müəyyənedilmiş töhfələrini (NDCs) təqdim edib. Biz olduqca mənfi mövqedənbaşlayırıq", – deyə o qeyd edib.
Bununla belə, onun sözlərinə görə, iqtisadi amillər iqlimproblemlərinin həllində müsbət rol oynaya bilər.
"Bakıdan Belemə (Braziliya) marşrutu və 1,3 trilyon ABŞdollarının cəlb edilməsi məsələsi, həqiqətən də, vacibdir. Bizimüzləşdiyimiz qlobal çağırışlar var – sülh və təhlükəsizlik, ammabizə faydalı ola biləcək iqtisadi faktorlar da var”, - deyə CinBaderşnayder bildirib.
O bildirib ki, beynəlxalq gündəmdə müdafiə və millitəhlükəsizlik məsələlərinin üstünlük təşkil etməsinə baxmayaraq,qlobal razılaşmalar üzrə öhdəliklərin yerinə yetirilməsini unutmaqolmaz.