RU

Paşinyan: “Sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması mühüm hadisədir”

“Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub. Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması mühüm hadisədir. Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa mahiyyətcə razılaşıblar. Bu, üfüqdə görünməli olan reallıqdır”.

Bizim.Media xəbər verir ki, bu barədə, Ermənistan Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə açıqlamasında Bakı və İrəvan arasındakı sülh danışıqlarının nəticələrini şərh edərkən bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın zamanda Azərbaycanla sülhün qeyri-mümkünlüyü iddiası ilə razı olmadığını açıqlayıb: “Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, biz imzalanma tarixi və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan XİN ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanatla çıxış edib. Onların öz ideyaları, bizim isə öz ideyalarımız var, güman edirəm ki, bu müzakirələr zamanı həmin ideyaları yaxınlaşdırmağa çalışacağıq".

Bizim.Media

Избранный
33
44
bizim.media

10Источники