RU

Ceyhun Bayramov Dimitris Avramopulosla regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdi - FOTO

XII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın baş nazirinin nümayəndəsi, Yunanıstan parlamentinin nümayəndəsi Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissiyasının keçmiş komissarı, Yunanıstanın keçmiş XİN rəhbəri və keçmiş milli müdafiə naziri Dimitris Avramopulos ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri, parlament diplomatiyası məsələlərini, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərini, iqtisadiyyat, ticarət, enerji sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Nazir Bayramov münaqişədən sonrakı regional vəziyyət, Azərbaycanın yenidənqurma və sülh səyləri barədə də məlumat verib.

Xəbər yenilənəcək

  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
Избранный
0
2
day.az

3Источники