RU

Baş məşqçi və klub cərimələndi

Klaudio Ranyeri gözlənilən cəzanı alıb. UEFA “Roma”nın baş məşqçisini 20 min avro məbləğində cərimələyib.

Buna onun Avropa Liqasının “Portu” ilə ilk pley-off matçından (1:1) sonra hakim Tobias Ştiler və UEFA-nın Hakimlər Komitəsinin rəhbəri Roberto Rozetti barəsində səsləndirdiyi tənqidi fikirlər səbəb olub.

Ranyeri hakimin komandasına qarşı qərəzli davrandığını demiş və “Roma”nın yarımmüdafiəçisi Brayan Kristantenin meydandan qovulmasından narazılıq etmişdi. 73 yaşlı mütəxəssis həmçinin Rozettiyə də etiraz etmiş, Ştilerin həmin oyuna təyinat alması qərarını şübhə altına almışdı. O, almaniyalı referinin idarə etdiyi əvvəlki 22 oyunda qonaq komandaların 9 dəfə heç-heçə etdiyini, qalan matçlarda meydan sahiblərinin qalib gəldiyini demişdi.

UEFA “Roma”ya da cərimə kəsib. Paytaxt klubu futbolçularının fevralın 13-də keçirilən matçda nalayiq davranış nümayiş etdirməsinə görə 11 min avro ziyana düşüb.

Избранный
19
football-plus.az

1Источники