RU

Donnarumma ən yaxşı SEÇİLDİ

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarının ən yaxşı futbolçusu bəlli olub.

"Unikal" xəbər verir ki, PSJ-nin qapıçısı Canluici Donnarumma qalib seçilib.

İtaliyalı qapıçı UEFA-nın azarkeşlər arasında keçirilən sorğuda Harri Keyn (“Bavariya”), Marko Asensio (“Aston Villa”) və Emre Canı (“Borussiya”) qabaqlayıb.

Qeyd edək ki, Donnarumma PSJ-nin mərhələ adlamasında böyük pay sahibi olub. O, "Liverpul"la səfərdəki cavab matçında komandasın 1:0 hesablı qələbə qazanmasına kömək edib. Bundan başqa, italiyalı penaltilər seriyasında 2 zərbəni dəf edib.

Избранный
15
unikal.az

1Источники