ABŞ Prezidenti Donald Tramp Rusiyanı sülhə məcburetmə rıçaqları barədə danışıb.
Yenicag.az xəbər verir ki, Tramp ABŞ-nin Rusiya üzərində təsir rıçaqları olduğunu bəyan edib.
ABŞ Prezidenti bu rıçaqlardan nə üçün istifadə edilmədiyi barədə də danışıb. O qeyd edib ki, “Ukraynadakı münaqişənin həlli üçün Moskva ilə danışıqların “müsbət” irəliləyişinə görə” bu barədə danışmaq istəmir:
“Bizim rıçaqlarımız var, lakin mən təsir rıçaqları haqqında danışmaq istəmirəm, çünki hazırda onlarla müzakirələr aparırıq”.