RU

"Sumqayıt"ın futbolçusu Özbəkistan yığmasında

"Sumqayıt"ın futbolçusu Bobur Abdixolikov Özbəkistan yığmasına dəvət alıb.

İdman.biz xəbər verir ki, 27 yaşlı hücumçu dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlara çağırılıb.

Özbəklər martın 20-də Qırğızıstan, 25-də isə İran yığmaları ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Özbəkistan millisi A qrupunda 6 turdan sonra 13 xalla ikinci pillədə yer alıb.

İdman.biz

Избранный
46
6
idman.biz

7Источники