Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar.
QOL.az xəbər verir ki, Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb və 1:3 hesabı ilə məğlub olaraq gümüş medalçı olub.
Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə çexiyalı Filip Bartoşikə 8:0 hesabı ilə qalib gəlib.
Xasay Həsənli (77 kq) isə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək bürünc medal qazanıb.