“Azərbaycanlıların və digər türkdilli xalqların əməkdaşlıq Mərkəzi” İctimai Birliyindən (ATXƏM) Demokrat.az-a verilən xəbərə görə, tədbirdə İraq, Suriya və Türkiyədən 30-dan artıq vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai xadimlər, dövlət rəsmiləri iştirak edəcək.
Onlar içərisində İraq parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh, İraq Tarixçiləri Birliyinin təmsilçisi, “Türkmaneli” qəzetinin baş redaktoru Najat Şükür, İraq türkmanlarının “Tert TV” kanalının rəhbəri Türkeş Saleh, Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arber və digər şəxslər də vardır.
Foruma həmçinin Azərbaycandan da boyük bir heyət qatılacaq.
Eyni kökdən olan, eyni mədəniyyətə, eyni tarixə malik olan Türk xalqları arasında belə bir əməkdaşlığın QHT platformasında yeni keyfiyyətdə və müstəvidə inkişafına böyük ehtiyac duyulur. Azərbaycan tarixin ayrı-ayrı dövrlərində, tarixi şəraitdən asılı olaraq parçalanmış, ayrı düşmüş eyni kökdən olan xalqların QHT platformasında bir araya gələrək, əməkdaşlığının daha da gücləndirilməsini, yeni perspektivlərin yaranmasını, ortaq dəyərlərin üzə çıxarılmasını yaxından dəstəkləyir. Bu tədbir onların uzun illərdir öz ölkələrində və ölkələrindən kənarda gördükləri işlərə, sosial siyasi statusları uğrunda apardıqları mübarizələrə hər hansı bir dəstək vermək məqsədi daşıyır. Azərbaycan təbii ki, son illər bir çox beynəlxalq layihələrə ev sahibliyi etmişdir və belə layihələrin həyata keçirilməsi artıq ənənə halını almışdır. Bu layihələrin böyük tarixi, ictimai siyasi əhəmiyyəti vardır.
Artıq sabahdan qonaqların qarşılanması və Qarabağ bölgəsinə səfərinə start verilir və sonrakı günlərdə işğaldan azad olmuş Qarabağ bölgəsində, Qarabağ Universitetdə görüş, Şuşa şəhərində gəzlntilər həyata keçiriləcək, İraqda yaşayıb-yaratmış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılan Füzuli şəhərinə səfər ediləcək, qonaqlar Bakıda Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidlərinin məzarını ziyarət edəcək, Novruz bayramı şənliklərinə qatılacaq, Bakıda Zəfər Parkını, Hərbi Qənimətlər Parkını və digər görməli yerləri ziyarət edəcəklər.
Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panellərdə türkman əsilli vətəndaş cəmiyyəti təmsilçiləri yerli QHT-lərlə birgə xalqlarımızın arasında əməkdaşlığın dahada gücləndirilməsi yönündə müzakirələr aparacaq.
Əfsanə Kamal
Demokrat.az
6Источники
-
moderator.azTürkman irsi: “Bu layihələrin böyük tarixi, ictimai siyasi əhəmiyyəti vardır” ( 16033719)
-
veteninfo.azTürkman irsi: “Bu layihələrin böyük tarixi, ictimai siyasi əhəmiyyəti vardır” ( 16033659)
-
turkustan.azİlham İsmayılov: "Bu tədbirlər Türkmanlara dəstək məqsədi daşıyır" ( 16031961)
-
referans.azTürkman irsi: "Bu layihələrin böyük tarixi, ictimai siyasi əhəmiyyəti vardır" ( 16031691)
-
editor.azTürkman irsi: “Bu layihələrin böyük tarixi, ictimai siyasi əhəmiyyəti vardır” ( 16028963)
-
demokrat.azTürkman irsi: "Bu layihələrin böyük tarixi, ictimai siyasi əhəmiyyəti vardır" ( 16027809)