ABŞ prezidenti Donald Tramp ölkədəki buzqıran gəmilərin sayına görə Rusiyanı qabaqlamaq istədiyini bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
O, bu barədə Ağ Evdə açıqlama verib. Trampın sözlərinə görə, ABŞ hazırda 48 buzqıran gəminin istehsalına sifariş verməyi planlaşdırır. Eyni zamanda, Trampın sözlərinə görə, Rusiyanın ixtiyarında 40-a yaxın gəmi var, o, həmçinin əlavə edib ki, ABŞ-a buzqıran gəmilər lazımdır, çünki mühüm su yolları Arktika bölgəsindən keçir.
“Biz 48 buzqıran gəminin sifarişi prosesindəyik”. Rusiyanın, bildiyiniz kimi, 40-a yaxın buzqıran gəmisi var”, - deyə o bildirib.