RU

Böyük Britaniya orduya 1,3 milyard funt sterlinq əlavə büdcə ayırıb

Böyük Britaniya azalan ordu heyətini artırmaq və hərbçi saxlama böhranını həll etmək üçün orduya əlavə 1,3 milyard funt-sterlinq büdcə ayırıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi (MN) ötən ay Silahlı Qüvvələrə İşə Qəbul Xidməti (AFRS) adlı yeni bölmənin yaradıldığını elan edib.

Operativ Media xəbər verir ki, 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılan bu struktur Kral Hərbi Dəniz Qüvvələri, Britaniya Ordusu və Kral Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən fərdi işə qəbul proqramlarını əvəz edəcək.

AFRS-in idarə edilməsi 2034-cü ilə qədər davam edəcək 1,3 milyard funt sterlinqlik müqavilə əsasında "Serco" təhlükəsizlik firmasına verilib.

Избранный
8
1
operativmedia.az

2Источники