ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına qarşı əlavə məhdudiyyətlər tətbiq edir.
APA xəbər verir ki, bu barədə “CBS” telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər tətbiq edərək, Rusiyanın ABŞ-nin ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdırır”, - məlumatda deyilir.
Qeyd olunur ki, məhdudiyyətlərin gücləndirilməsi həm də ABŞ administrasiyasının Moskvanı Rusiyanın Ukraynaya qarşı müharibəsində təklif olunan 30 günlük atəşkəslə razılaşmağa inandırmaq cəhdi ilə bağlıdır.